Con Kerridən Qarabağ açıqlaması: `Həlli mümkün deyil`


14:18     30 Sentyabr 2016 kerriden%20gulen%20aciqlamasi.jpg

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb“.


Femida.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib.

“Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür. Hər şeydən əvvəl liderlər buna hazır deyillər. Lakin İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil. Bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə onları keçmişdə qoymağın yolları mümkündür. Düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, - deyə Kerri vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1107